Uşaqlarını öldürdüyü üçün 20 il həbs yatan ananın günahsız olduğu ortaya çıxdı - FOTO

Uşaqlarını öldürdüyü üçün 20 il həbs yatan ananın günahsız olduğu ortaya çıxdı - FOTO
Siyasət 481

Avstraliyada "tarixin ən pis silsilə qətllər törədən qadını" ləqəbinə layiq görülən, 4 uşağını öldürdüyü üçün 20 il həbs yatan ana haqqında acı həqiqət üzə çıxıb.

BAKU.WS xəbər verir ki, yeni elmi araşdırmalara uyğun olaraq ananın uşaqlarını öldürmədiyi, ölüm səbəblərinin isə başqa olduğu məlum olub.

Kathlen Folbiqq adlı qadının 1989-1999-cu illər aralığında oğlanları Kaleb və Patriki, iki qızı Sara və Lauranı boğaraq öldürdüyü iddia edilirdi.

Folbiqq 2003-cü ildə iddiaların doğru olduğu aşkar edildikdən sonra 25 il həbs cəzasına məhkum edilmişdi. Buna baxmayaraq, ana hər zaman günahsız olduğunu, uşaqlarını öldürmədiyini deyirdi.

2019-cu ildə məhkəməyə yenidən baxılması üçün müraciət edən ananın ərizəsi nəticəsiz qalıb. Daha sonra yeni dəlillər ananın günahsız olduğunu göstərib.

Təqaüdçü hakim Tom Baturst yeni araşdırmalar çərçivəsində uşaqların gen mutasiyasının üzərindən ölüm səbəbini açıqlayıb. Uşaqlardan ikisi anadangəlmə mutasiya ilə doğulduqları üçün daha sonra epilepsiya səbəbindən həyatlarını itiriblər. Digərlərinin ölüm səbəbləri də təbii olub.

Yeni Cənubi Uels əyalətinin (NSW) vəkili Michael Daley bazar ertəsi verdiyi açıqlamada “Bathurst” baxış bucağının məntiqli olduğunu, lakin təqsirkarlıq hökmünün səhv olduğunu söyləyib. Nəticədə Yeni Cənubi Uels ştatı ananı 20 il sonra əfv edib.

Edilən üzrxahlıqdan sonra məhkəmə qadını azad edib.

Folbiq açıqlamasında, hadisənin faciə ilə üzləşmiş digər analar üçün ümid ola biləcəyini, buna görə də bunun yaxşı bir nümunə olduğunu bildirib.

Son xəbərlər