8-ci mərtəbədə asılı qalmış 3 yaşlı uşaq son anda xilas edildi - ANBAAN VİDEO
12
may
2022
12:08
Qazaxıstanın paytaxtı Nur Sultanda binanın pəncərəsindən asılmış 3 yaşlı uşaq son anda ölümdən dönüb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, 37 yaşlı Sabit Şontakbayev binanın 8-ci mərtəbəsində pəncərədən asılı vəziyyətdə olan uşağı aşağı mərtəbədəki mənzilin pəncərəsindən çıxaraq xilas edib.
Məlumata görə, uşağın anası alış-veriş üçün evdən çıxıb və azyaşlı evdə tək olub. Uşaq isə pəncərənin altına yastıq və yumşaq oyuncaqlar yığıb, daha sonra pəncərədən çölə çıxıb.
Balaca uşağın xilas edildiyi anlar ətrafdakılar tərəfindən anbaan lentə alınıb.
Oxşar xəbərlər
Gəlin qayınanasını çəkic zərbələri ilə qətlə yetirdi - VİDEO
2019-cu il sentyabrın 18-də Xətai rayonunda 70 yaşlı Valentina Qreçneva yaşadığı mənzildə naməlum şəxs tərəfindən qətlə yetirilib. BAKU.WS BAKU.TV-yə istinadən...