SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MHP-nin 14-cü Sıravi Böyük Qurultayında yenidən sədr seçilib.

BAKU.WS "Haber Global"a isinadən xəbər verir ki, Ankara İdman Salonunda keçirilən qurultayda partiyanın qeydiyyatdan keçmiş yüksək məclis nümayəndələri 15 qutuda səs veriblər.

Səslərin hesablanması başa çatdıqdan sonra Şura sədri Mövlud Karakaya səsverməyə 1295 nümayəndənin qatıldığını bildirib və Baxçalının bütün nümayəndələrin səsini alaraq yenidən sədr seçildiyini açıqlayıb.

Qeyd edək ki, Dövlət Baxçalı sədr postuna yeganə namizəd olub. Baxçalı 11-ci dəfə sədr seçilib.

BAKU.WS