Türkiyə Prezidenti: "Dövlət Baxçalı TBMM-yə müvəqqəti sədrlik edəcək"

16
may
2023
23:00
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.
“Dövlət Müvəqqəti Məclisin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır", - Ərdoğan qeyd edib.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51 deputat yeri əldə edib.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...
