SİZİN REKLAM BURADA!
055 213 76 73


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü və 2025-ci illərdə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu müvafiq olaraq gündəlik 2,2 milyon barel və 1,85 milyon barel səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Analitiklər 2023-cü ildə neftə tələbatla bağlı qiymətləndirmələrini gündəlik 50 min barel artıraraq 102,21 milyon barelə çatdırıblar. Bu il neft istehlakının 2,25 milyon barel artacağını gözləyirlər ki, bu da ötən ayın proqnozu ilə üst-üstə düşür, yəni gündəlik 104,4 milyon barel səviyyəsində.

Bununla yanaşı, birinci rübdə neft tələbatının qiymətləndirilməsi gündəlik 10 min barel artırılaraq 103,33 milyon barel, dördüncü rübdə isə gözləntilər 210 min barel artaraq 104,46 min barel təşkil edib. İkinci və üçüncü rüblər üzrə proqnoz dəyişməyib.

Analitiklər hesab edir ki, 2024-cü ildə neftə tələbat aviadaşımalar, artan avtomobil sənayesi və xüsusən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrdə sənaye, tikinti və kənd təsərrüfatı sahələrində fəallıq ilə dəstəklənəcək. Əsasən də Çin və Yaxın Şərqdə neft-kimya sektorunun neftə olan tələbatı artacaq.

2025-ci ildə qlobal neft tələbatı ötən illə müqayisədə gündəlik 1,85 milyon barel artaraq 106,3 milyon barelə çatacaq. OECD ölkələrində 0,1 milyon barel, OECD-yə daxil olmayan ölkələrdə isə neftə tələbatın 1,7 milyon barel artacağı gözlənilir.

BAKU.WS