SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Ancelina Coli karyerasında debüt edib.

BAKU.WS xəbər verir ki, aktrisa dizayner kimi ilk işini təqdim edib.

Onun hazırladığı geyim ilk dəfə 96-cı "Oskar" mükafatları mərasinində geyinilib. Bu barədə "Vogue" jurnalında məqalə dərc edilib. 

Aktrisanın keçən il başladığı "Atelier Jolie" brendi amerikalı yazıçı və rəssam Suleyki Cayad üçün bir paltar hazırlayıb. O həyat yoldaşı ilə birlikdə qırmızı xalıda yürüyüb.

"Süleykinin yaradıcılığından və sevgisindən ilhamlanan bir obraz yaratmaq istədim. O, rəssamdır, ona görə də onun paltarını kətan kimi istifadə etmək doğru seçim idi" - deyə, Ancelina bildirib.

2023-cü ilin mayında Hollivud aktrisası "Atelier Jolie" adlı moda brendinin açılışını elan etdi. İstehsalatda yalnız keyfiyyətli vintaj parçalardan istifadə edilir. 

BAKU.WS