SİZİN REKLAM BURADA!
055 213 76 73


Alimlər Peruda yaşayan yeni maral növünü müəyyən ediblər. Peru, Çili və Braziliya ekspertlərindən ibarət qrup şimaldakı Piura bölgəsində araşdırma aparıb.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Elmi araşdırmanın nəticələri göstərdi ki, əvvəllər tək növ kimi təsnif edilən "Pudu mephistopheles" maralları əslində iki fərqli növdür. Biri "Pudella mephistophila" Huancabamba çökəkliyinin şimal hissəsində yaşayır, digəri isə Pudella carlae daha cənubda yerləşir.

Pudella carlae 21-ci əsrdə təsvir edilən ilk canlı maral növüdür. 60 ildir ki, Yeni Dünyada belə kəşflər edilmir.

Maralların vətəni Perudur. Qısa ayaqları və kiçik bədən ölçüləri ilə seçilir. Maral populyasiyaları Rio Abiseo Milli Parkı və Pui-Pui Meşə Qoruğu da daxil olmaqla qorunan təbii ərazilərdə yaşayır.

Alimlər bildiriblər ki, yeni növün müəyyən edilməsi və onun qorunma vəziyyəti, bioloji xüsusiyyətləri və ekosistemdəki rolu müəyyən edilməlidir.

"Journal of Mammalogy" xəbər verir ki, Latın Amerikasının meşələrin qırılması, iqlim dəyişikliyi və urbanizasiya təhlükələri ilə üzləşdiyi müasir dünyada unikal növlərin qorunması çox vacibdir.

BAKU.WS