Moldova Konstitusiya Məhkəməsi dövlət dilinin adının rumın dilinə dəyişdirilməsinə qərar verib
11
mar
2024
18:57
Moldova Konstitusiya Məhkəməsi parlamentin dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı qərarını qanuni hesab edib.
“Report” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Domnika Manole iclasdan sonra məlumat verib.
Bu təşəbbüs Kişineuda müzakirələrə və etirazlara səbəb olub.
Qeyd edək ki, latın əlifbasına əsaslanan Moldova dili rumın dili ilə tamamilə eynidir.
Hazırda ölkənin bütün məktəb və universitetlərində rumın dili keçilir, istisna Dnestryanı bölgədir, burada kiril əlifbasına əsaslanan Moldova dili tədris olunur.
Oxşar xəbərlər
Hindistanın adı dəyişir? - FOTO
Hindistanın adını Bharat olaraq dəyişdirəcəyi iddia edilir. BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, adın dəyişdirilməsi qərarını hökumət parlamentin sent...