SİZİN REKLAM BURADA!
055 213 76 73


Komediyaçı Özkan Çelik İbrahim Tatlıseslə bağlı zarafatlar etdiyi üçün şantaj edilir. Bu səbəbdən o qarşı tərəfi məhkəməyə verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çelik "İbrahim Tatlıses qolundan vuruldu, ölmədi. Heç kim onu vuran adamın bacarıqsızlığından danışmır. Adamın başından nişan alırsan, gedirsən evə televizoru açırsan ki, adam ölməyibmiş. Bu daha bir böyük dramdır yəni..." deyərək Tatlıseslə bağlı zarafat edib.
Bu səbədən onun instaqram hesabına çoxsaylı təhdid müsajları gələrək ölümlə hədələnib:
"İlk səhnəndə səni gülləbaran edəcəm. İbonun salamı var".
Bütün bunlardan sonra komediyaçı hüquqi prosedur başladıb.

Xatırladaq ki, İbrahim Tatlıses 14 Mart 2011-ci il tarixində "İbo Show" programının şəkilişlərindən sonra köməkçisi ilə birlikdə 5 nəfərin silahlı hücumuna məruz qalıb.
O üzun illər bununla bağlı müalicə alıb. 
BAKU.WS