SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeşilçam"ın məşhur aktyorlarından olan Tolga Savacı vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 80 və 90-cı illərin xarizmatik aktyoru infarktdan dünyasını dəyişib.

Bu barədə Tolganın həyat yoldaşı Nermin Bezmen məlumat verib.

"Ürəyim ağrıyır. Böyük ürəkli sevdiyimi itirdim. Qəfildən sonsuz səyahətə çıxdı. Övladlarım və nəvələrimlə dərin kədər hissi keçiririk" -deyə o bildirib. 

90-cı illərdə həm də modelliklə məşğul olan Tolga Savacı bir çox ekran işində rol alıb. İtaliya, Almaniya, Fransada modellik edən Tolga "Arzu" adlı ilk filmə 1985-ci ildə çəkilib.

Bundan başqa "Tapılacak Kadın", "Sekreter", "Seviyorum", "Sıcak Yatak", "Sen Ve Ben", "Kırmızı Işık", "Kurt Seyit ve Şura" kimi film və seriallarda müxtəlif obrazlar canlanıdırıb.

Aktyor 3 dəfə ailə qurub. Sonuncu həyat yoldaşı Nermin Bezmenlə ABŞ-nin Nyu Cersi ştatında yaşayırmış. 

BAKU.WS
QALEREYA