SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Gülben Ergen bir gözündən əməliyyat olunub.

BAKU.WS xəbər verir ki, sənətçi uzun müddətdir onu narahat edən göz zəifliyi problemindən birdəfəlik xilas olub.

İfaçının əməliyyat zamanı və xəstəxanadan lentə alınan görüntüləri Türkiyə mətbuatında yayılıb.

Gülben xəstəxanada olduğu müddətdə onun yanında olan və dəstək verən hər kəsə təşəkkür edib.

"Yaşadığım bu qayğılı və yorucu günlərdə yanımda olan, zəng edən, narahat olan hər kəsə dəstəyinə görə təşəkkür edirəm" - deyə, ifaçı qeyd edib.

BAKU.WS
VİDEO