Türkiyənin ilk astronavtı Yerə qayıdır - VİDEO

Türkiyənin ilk astronavtı Yerə qayıdır - VİDEO
Video
Siyasət 94

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdır.

BAKU.WS xəbər verir ki, bu barədə "SpaceX" şirkəti X sosial media platformasında açıqlama verib.

Bildirilib ki, "Ax-3" komandası stansiyanı bu gün saat 17.05-də tərk edib.

Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, X sosial media hesabında etdiyi paylaşımda Gezeravcının bu gün başlaması planlaşdırılan dönüş səyahəti haqqında məlumat verib.

Nazir Kacır, "Astronavtımız Alper Gezeravcının da olduğu "Ax-3" komandasından yaxşı xəbər var. Şərtlər müsbət görünür. Ümid edirəm ki, Beynəlxalq Kosmik Stansiyadan Yerə dönüş səfəri bu gün saat 17.05-də başlayacaq", deyib.

Son xəbərlər