Rusiyanın ən böyük təbii qaz şirkətinin neft obyektinə PUA ilə hücum - FOTO/VİDEO

Rusiyanın ən böyük təbii qaz şirkətinin neft obyektinə PUA ilə hücum - FOTO/VİDEO
Foto Video
Siyasət 313

Rusiyanın ən böyük təbii qaz şirkəti olan “Novatek”in Baltik dənizində yerləşən neft emalı zavodunda yanğın baş verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yanğın səbəbindən müəssisədə istehsal dayanıb.

Rusiya mətbuatında yer alan xəbərlərdə obyektə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyi qeyd edilib.

Novatekdən verilən yazılı açıqlamada bildirilib ki, şirkətin Baltik dənizi sahilindəki Ust-Luqada yerləşən obyektində səhər saatlarında yanğın baş verib. Açıqlamada yanğının baş verməsinin ilkin təsbitlərə görə “xarici faktorlar” olduğu bildirilib və yanğın zamanı ölən və yaralananların olmadığı bildirilib.

Son xəbərlər