SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Haluk Leventin rəhbəri olduğu "AHBAP" xeyriyyə cəmiyyətinin Malatyada zəlzələ qurbanları üçün inşa etdirdiyi evlərin görüntüləri yayılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Haluk Levent özü məlumat yayıb. O ikimərtəbəli evlərin görüntsünü paylaşaraq inşa işlərinin bitdiyini deyib:

"Dövlət bizə torpaq verdi və infrastruktur yardımı etdi. Biz öz evlərimizi inşa etdik. Son olaraq ətrafda səliqə-səhman yaratmaq qaldı".

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil bölgəsində Türkiyə vaxtı ilə saat 04:17-də güclü zəlzələ baş verib.

10 rayonda yerləşən bina və həyət evləri dağılıb. Təxminən 380 000 insan sığınacaqlara və ya otellərə yerləşdirilib.

BAKU.WS
VİDEO