Dilan Polatın daha bir yaxnının əmlakı müsadirə edildi - VİDEO

Türkiyədə Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatdan sonra sosial media fenomenləri yaxından izlənilir.
Bu səbəbdən 127 gözəllik salonuna sahib olan və “Dilan Polatı sektora mən tanıtdım” deyərək ad çıxaran Neslim Güngen və həyat yoldaşı İnanç Güngen haqqında İstanbul Prokurorluğu tərəfindən istintaq başladılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ehtiyat tədbiri olaraq cütlüyün əmlakı müsadirə edilib.
Neslim Güngen bir müddət əvvəl "Dilan Polatı sektor ilə tanış etdim. Özümü ayağımdan vurdum. O, dəstək istəyəndə ona kömək etdim, cihazlarımı istədiyi qiymətə satdım" deyə bildirib.
Bir müddət əvvəl "Show Haber"ə danışan Neslim Güngen, "Zəhmət olmasa, məni araşdırın. 2014-cü ildən lüks avtomobil sürürəm, çünki bunu öz zəhmətimlə etmişəm. Alnım ağdır. Bir səhvim varsa özüm dövlət qarşısında cavab verəcəm”.
Qeyd edək ki, Dilan və Engin Polat cütlüyü noyabrın əvvəlində çirkli pulların yuyulması iddiası ilə saxlanılmışdı.
Oxşar xəbərlər
Dilan və Engin Polat cütlüyünün qonşularına hücum etdikləri ŞOK GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
Dilan Polat və əri Engin Polatın İstanbulun Çekmeköy ərazisində yaşadıqları dəbdəbəli villada park yeri səbəbilə qonşularına hücum etməsinin görüntüləri ortaya...
