SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə millisinin sabiq futbolçusu Oktay Derelioğlu və həyat yoldaşı Başak Derelioğlu Kadıköydə qorxulu anlar yayşıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük İstanbulun Kadıköy ərazisində hücuma məruz qalıb.

Məlumata görə, onlar iki nəfər tərəfindən döyülüb.

Ölümcül döyülən Derelioğlunun qolu çıxıb və dərhal xəstəxanaya aparılaraq əməliyyat olunub.

Mövzu ilə bağlı "Haberler.com"a açıqlama verən Oktay Derelioğlu, "Həyat yoldaşımla hətəkətdə olarkən yol verdiyimiz avtomobil qarşımızı kəsdi. İki nəfər maşından düşüb bizə hücum etdi. Hər şey ola bilərdi, başımı yerə vurub ölə bilərdim. Bunu edənlər ən ağır cəzanı almalıdır", - deyə bildirib.

Sabiq milli futbolçu və həyat yoldaşına hücum edən şəxslər saxlanılıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO