Kenandan xəyanət iddialarına cavab: ”Bir dəli quyuya daş atır..." - FOTO/VİDEO

Kenandan xəyanət iddialarına cavab: ”Bir dəli quyuya daş atır... - FOTO/VİDEO
Video
Siyasət 0

Məşhur aktyor Kenan İmirzalıoğlunun həyat yoldaşı Sinem Kobala xəyanət etdiyi iddia edilirdi.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o buna ilk dəfə aydınlıq gətirib.

Nişantaşında həyat yoldaşı Sinemle oteldən çıxarkən görüntülənən Kenan yayılan iddiaların əsassız olduğunu vurğulayıb:

“Siz bu şayiəni ciddi qəbul etmədiniz, düzdür? Biz bunu vecimizə almadıq. O səbəbdən də insanların yaddaşını bu cür söhbətlərlə çirkləndirmək lazım deyil. Bir dəli quyuya daş atır. Biz o quyuya enmərik. O xəbər haradan çıxdı, bu barədə nəsə bilən var? Bilmədiyimiz bir insanın iddiasına necə diqqət yetirə bilərik?”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatında Kenan İmirzalıoğlunun həyat yoldaşı Sinem Kobala xəyanət etməsi barədə xəbərlər yayılmışdı. Sinemlə Kenan 2016-cı ilə ailə həyatı qurublar. Hazırda cütlüyün iki qız övladı var.

Son xəbərlər