35 yaşlı kişinin beynindən çıxanlar həkimləri şoka saldı - FOTO

Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 5 aydır baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən kişinin beynində iki çubuq olduğu aşkarlanıb.
Kişini yoxlayan həkimlər onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.
Həkimlər endoskopik əməliyyatla onun kəlləsinə ilişən çubuqları çıxarıblar.
Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman bir nəfərlə dava etdiyini və bu şəxsin onun başına hansısa əşya ilə xəsarət yetirdiyini, lakin nə baş verdiyini xatırlamadığını bildirib.

Oxşar xəbərlər
Həyatımıza təsadüfən girən qidalar - Pivə, qarğıdalı çubuqlarları və çips
Rentgen aparatı, qoruyucu şüşə, kibrit, mikrodalğalı soba və s. bu kimi böyük ixtiralar bir sıra təsadüfi və qəsdən olmayan fəaliyyətlərin nəticəsidir. Bəs ins...
