SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə müşahidə olunan qeyri-sabit hava şəraiti 2 gündür ki davam edir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin bir tərəfində qarlı hava, digər yanında isə tufan və dəniz daşqınları müşahidə edilir.

Güclü tufan Qara dəniz sahillərində dəniz daşqınlarına səbəb olub.

Kastamonu sahil rayonlarında sel gəlib.

Nəhəng dəniz dalğaları Abana və İnabolu rayonlarında sahil zolağından keçib, bir çox evin və iş yerinin zirzəmiləri su altında qalıb, balıqçı qayıqları batıb. Dalğa uzunluğunun 7 metrə çatdığı İneboluda gəmilər sahilə çıxıb.

Trabzonda 16 yaşlı iki gənc dalğalara qapılaraq itkin düşüb.

Sürmene mahalında fırtına ilə birlikdə dalğalar Qara dəniz Sahil Yolunu nəqliyyata bağlayıb. Rizedə dünən səhər saatlarında dalğalar Ardeşen, Pazar və Fındıklı rayonlarında Qara dəniz Sahil Yoluna çatıb. Fındıklıda Qara dəniz Sahil yolunun bir zolağının nəqliyyata bağlanmasına səbəb olub.

Beşikdüzü məhəlləsində mayak olan ərazidə cib telefonları ilə şəkil çəkməyə çalışan Beşikdüzü İMKB Fen Liseyi tələbələri Uğurcan Qorxmaz (16) və Emir Berke Aşık (16) itkin düşüblər. Hazırda hadisə yerinə gedən qruplar itkin düşən gənclərin tapılması üçün işə başlayıb.

Giresunda 6 mərtəbəli yaşayış binasının dam örtüyü uçub. Motosikletçi uçan damın altında qalaraq xəsarət alıb. Keşap rayonunda uçan dam yolda gedən 10 yaşlı uşağın üzərinə düşüb. Başından ağır xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.

Rizedə güclü fırtınaya görə 74 evin dam örtüyü uçub. Osmaniyenin Kadirli rayonunda Savrun çayı daşıb və əkin sahələri su altında qalıb.

Sivas, Gümüşhane və Bartında yağan güclü qar səbəbindən kənd yolları bağlanıb.

BAKU.WS
QALEREYA