MİT-dən Suriyada əməliyyat - PKK-nın silahlanmasında məsul olan şəxs zərərsizləşdirildi - VİDEO

MİT-dən Suriyada əməliyyat - PKK-nın silahlanmasında məsul olan şəxs zərərsizləşdirildi - VİDEO
Video
Siyasət 0

Suriyada Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı təşkil edilən hücumlarda PKK/YPG-nin istifadə etdiyi silahlardan məsul olan təşkilatın ağır silah və müdafiə sənayesi idarəçilərindən Hayri Serhat kod Fahrettin TOLUN MİT-in həyata keçirdiyi uğurlu əməliyyatla zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, Hayri Serhat Kod Fahrettin TOLUN Suriyanın Rumeylan bölgəsində PKK/YPG-nin ağır silahlar və müdafiə sənayesi müdiri kimi fəaliyyət göstərib.

Suriyada qondarma liderlərindən biri hesab edilən TOLUN MİT-in həyata keçirdiyi əməliyyatlardan qorunmağa çalışırdı. O, təqibdən qaçmaq üçün daim yerini dəyişirdi.

MİT, əldə etdiyi ani kəşfiyyat məlumatı əsasında Fahrettin TOLUN-u yerində əməliyyatla zərərsizləşdirib.

Son xəbərlər