Türkiyənin məşhur “Yargı” serialı “Emmy” mükafatını qazandı - FOTO

Türkiyənin məşhur “Yargı” serialı “Emmy” mükafatını qazandı - FOTO
Foto
Siyasət 3

Türkiyənin ölkəmizdə də geniş izləyici kütləsinə malik “Yargı” serialı Beynəlxalq Emmy Mükafatlarında "Ən Yaxşı Telenovela" kateqoriyasında mükafat alıb.

BAKU.WS xəbər verir ki, Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən ABŞ-dan kənarda istehsal olunan ekran əsərlərinə verilən Beynəlxalq Emmi Mükafatları Nyu Yorkda öz qaliblərini tapıb.

“Nyu York Hilton Midtown” otelində keçirilən mərasimdə 20 ölkədən 56 məhsul 14 kateqoriyada təmsil olunub.

Mərasimdə “Ən yaxşı Telenovela” nominasiyasında “Ay Yapım”ın “Yargı” serialı mükafata layiq görülüb.

Tədbirdə serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon və baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak ediblər.

Ulduzların ən yaxşı libaslarla qırmızı xalçadan keçdiyi gecədə türkiyəli aktrisa Pınar Dəniz klassik qara qayışlı paltarı və metal tutacaqlı qara çantası ilə diqqət çəkib.

Son xəbərlər