Finlandiya Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım göndərir
17
noy
2023
22:15
Finlandiya Ukraynaya təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketini göndərir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Finlandiya Ukraynaya kömək üçün daha çox hərbi texnika göndərəcək. Prezident hökumətin təklifi ilə 2023-cü il noyabrın 17-də bu məsələ ilə bağlı qərar qəbul edib. Bu, Ukraynaya 20-ci hərbi texnikanın çatdırılması olacaq”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Finlandiya yardımının ümumi dəyəri 1,5 milyard avrodur.
Oxşar xəbərlər
Niderland Ukraynaya yeni hərtərəfli dəstək paketi ayıracaq
Niderland Ukraynaya ümumi dəyəri 118 milyon avrodan çox olan ikinci hərtərəfli dəstək paketi təqdim edəcək. Vəsait humanitar ehtiyaclar və iqtisadi yardım üçün...