ABŞ Rusiyanın 14 şirkətinə qarşı sanksiya tətbiq edib
16
noy
2023
21:12
ABŞ Maliyyə Nazirliyi 14 Rusiya şirkəti və 3 gəmiyə qarşı sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.
Nazirliyin məlumatına görə, sanksiya siyahısına “VNİİR Transstroy”, “VNİİR Promelektro”, “VNİİR Qidroelektroavtomatika”, eləcə də Liberiyada qeydiyyatdan keçmiş “Proqress” gəmiçilik şirkəti əlavə olunub.
ABŞ məhdudiyyətləri, həmçinin “Kazan”, “Liqovskiy prospect” və “NS Century” neft tankerlərinə də şamil edilib.
Oxşar xəbərlər
ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib
ABŞ Ermənistanın müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib. BAKU.WS “report”a istinadən xəbər verir ki, sənəd ABŞ...