SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur rejissor Devid Finçerin yeni filmi "The Killer" tamaşaçıların ixtiyarına verilib. Uğursuz bir əməliyyatın ardından yola çıxan sui-qəsdçinin həyatından bəhs edən ekran işində baş rolu aktyor Maykl Fassbender canlandırır.  

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu rolu canlandırmaq ilkin olaraq Hollivud ulduzu Bred Pittə təklif edilib. Lakin o bunu qəbul etməyib. Aktyor səbəb kimi ekran işinin depressiv ruhda olmasını göstərib.

Bu barədə rejissor Finçer "Rolling Stones"a müsahibəsində bildirib.

Devid Finçer sonuncu dəfə Bredlə 1999-cu ildə lentə alınan "Döyüş klubu" filmində bir araya gəlib. 

BAKU.WS