Cənubi Afrikaya dolu yağdı - Küçələri sel basdı - VİDEO
Cənubi Afrikada dolu yağıb.
BAKU.WS xəbər verir ki, Johannesburq şəhərinin küçələri ağ rəngə bürünüb. Ötən axşam yağan dolu küçə və prospektlərdə daşqınlara səbəb olub.
Yaranmış vəziyyət nəticəsində həyat iflic olub.
Qoz böyüklüyündə yağan dolu maşınlara, həyət evlərinə və binalara maddi zərər vurub.
Johannesburq Fövqaləda Hallar qurmunun sözçüsü Robert Mulaudzi şəhərin bir çox hissəsinin təbii fəlakətlə üz-üzə qaldığını, lakin insan tələfatının yaşanmadığını qeyd edib.
Ölkənin Hidrometeoroloji Proqnozlar bürosunun verdiyi məlumata əsasən, bu anomal hal ölkə ərazisində hələ bir neçə gün davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...