2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI
Foto
Dünya 348

2025-ci ilin ilk üç ayında Türkiyənin sənət aləmində bir çox məşhur son mənzilə yola salındı. Onların vəfatı hər kəsə dərin kədər hissi yaşatdı. Bir-birinin ardınca vəfat edən məşhurların dəfni də yaşadıqları həyat qədər gündəm olub çox danışıldı.

BAKU.WS Türkiyədə 3 ay ərzində vəfat edən həmin məşhurların siyahısını təqdim edir:

2025-ci il qədəm qoyduqdan bir gün sonra sevilən müğənni Ferdi Tayfur vəfat etdi. O 79 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

"Yaprak Dökümü" serialını Nehiri Bedia Ener isə yanvarın 14-də vəfat etdi. Aktrisanın vəfat xəbərini oğlu sosial şəbəkədə "Sağolun... Mən bir mələk oldum" sözləri ilə qeyd etdi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Teatr və kino aktyoru Sezai Altekin isə 79 yaşında dünyasını dəyişdi. O yanvarın 31-də vəfat etdi. Sezai həm də dublyaj aktyoru kimi məşhurlaşmışdı.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Türk sənət musiqisinin sevilən ifaçılarından olan Kahtalı Mıçe fevralın 15-də vəfat etdi. O 72 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

"Çocuklar Duymasın" serialının məşhur aktyoru Emin Gümüşkaya isə fevralın 18-də vəfat etdi. O ekran işində "Seyyar Tayyar" obrazına həyat verirdi. Bundan başqa aktyor "Arka sıradakiler", "En son babalar duyar", "Tatlı hayat", "Koçum benim", "Büyük buluşma", "Yalancı romantik", "Uygun adım aşk", "Seksenler", "Hıçkırık" və "Yeşil deniz" kimi seriallarda da rol alıb.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Müğənni Edip Akbayram da 75 yaşında dünyasını dəyişdi. Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan sənətçinin həyatını xilas etmək mümkün olmadı. O "Aldırma gönül", "Hasretinle yandı gönlüm", "Gittin-gideli", "Güzel günler göreceğiz" kimi mahnılarla sevilirdi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

51 yaşlı Aktyor Şinasi Yurtsever də mədə xərçəngindən dünyasını dəyişdi. Onun ölüm xəbərini həmkarı Zafer Algöz yaydı. Şinasi Zincirlikuyu məzarlığında dəfn olunub. O "Kardeş payı", "Düğün dernek", "Çalgı çengi", "Hokkabaz", "Avrupa yakası" kimi məşhur layihələrdə rol almışdı.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Rəqqasə Tanyeli 2.5 il idi ki, xərçəngdən əziyyət çəkirdi. O martın 17-də elə müalicə aldığı xəstəxanada vəfat etdi. 54 yaşlı rəqqasənin vəfatı onu sevənləri və həmkarlarını yasa boğdu.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

"Kurtlar Vadisi", "Acı Hayat", "Deli Yürek" və "Ekmek Teknesi" kimi sevilən ekran işlərinin rejissoru Osman Sınav, isə martın 20-də dünyasını dəyişdi. Onun 69 yaşı var idi. Rejissorun dəfninə çəkdiyi seriallarda rol alan məşhur aktyorlar axın etdi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

"Yeşilçam"ın əfsanəvi aktrisalarından Filiz Akın da bu ilin ilk üç ayında vəfat edən məşhurları sırasındadır. O martın 22-də vəfat etdi və vəsiyyətinə uyğun olaraq səssiz-sədasız dəfn edildi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Mərhum müğənni Volkan Konak ötən gün KKTC-də verdiyi konsert zamanı səhnədə vəfat etdi. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Sənətçinin 58 yaşı var idi. O doğulduğu qəsəbədə 50-dən çox şagirdin pulsuz Ali təhsil almağını təmin edirdi.

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Son xəbərlər