SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli layihələrindən olan "Yargı" serialının aktrisası Pınar Denizin sosial şəbəkələrdən əldə etdiyi gəliri açıqlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə 2,9 milyon izləyicisi olan aktrisa 15 saniyəlik reklamdan 150 000 lirə (təxminən 9 375 AZN) gəlir əldə edir.

Pınarın yüksək məbləğdə olan sosial media qazancı bəzi sosial platformalarda paylaşılaraq müzakirələrə səbəb olub.

Hazırda həmkarı Kaan Yıldırımla sevgili olan Pınar Deniz şəxsi həyatı ilə də gündəmdən düşmür. Bu səbəbdən də aktrisanın sosial şəbəkədə izləyici sayının dayanmadan artdığı iddia edilir.

Pınar "Yargı"da Ceylin obrazına həyat verir. Onun tərəf müqabili aktyor Kaan Urgancıoğludur. 

BAKU.WS
QALEREYA