1980-ci illərin məşhur müğənnisi kirayə haqqını belə ödəyə bilmir: "Mən ölməyi seçdim"
Yeniliklərdən dərhal xəbərdar olun
1980-ci illərin məşhur müğənnisi Harika Avcı səhhətində problem yaransa da müalicələri qəbul etməyib.
BAKU.WS xəbər verir ki, 65 yaşlı ifaçı maddi çətinliklər səbəbilə artıq kirayə haqqını da ödəyə bilmir.
"Qısa müddətə vəfat xəbərim eşidiləcək. Qaraciyərim sıradan çıxıb. Həkimə də getmirəm. Mən ölməyi seçdim. Əvvəllər də mənə qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Amma bir ricam var – itim mən öldükdən sonra da yaşamağa davam edəcəksə, ona sahib çıxın" - deyə Harika qeyd edib.
Xatırladaq ki, Harika Avcının əsl adı Nermin Ocakdır. Ona səhnə adı müğənni və aktrisa Gönül Yazar tərəfindən verilib.
Qalereya
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...