SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni İbrahim Tatlıses yenidən baba olacaq. 

BAKU.WS xəbər verir ki, sənətçinin əkiz nəvələri dünyaya gələcək. Bu barədə İbrahimin model gəlini, müğənni İdo Tatlısesin həyat yoldaşı Yasemin Şefkatlı məlumat verib.

O, 2.5 aylıq hamilə olduğunu və yaxın zamanlarda İdo ilə övlad sahibi olacaqlarını açıqlayıb. 

Tatlısesin müğənni qızı Dilan Çıtak Tatlıses də hamilədir.

Ötən il İstanbulda lüks məkanlardan birində həmkarı Levent Dörterlə evlənən Dilan bu sevincini anası İşıl Çıtak və atası İbrahim Tatlıseslə bölüşüb. 

Qeyd edək ki, İbrahim Tatlısesin 7 övladı 9 nəvəsi var. 

BAKU.WS
QALEREYA