SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.

Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.

BAKU.WS