SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının sədaqətindən danışarkən özünü məşhur Mona Liza tablosu ilə müqayisə edib.

BAKU.WS-in xarici mətbuata isitinadən xəbərinə görə, Tramp S4C-yə müsahibəsində belə bir "qəribə bəyanat" verib.

Mitinqlərinin populyarlığını və bütün hadisələri izləyən tərəfdarlarının sədaqətini təsvir edən Tramp özünü Leonardo da Vinçinin məşhur şah əsərinə bənzədib.

"Mona Liza" tablosunu ziyarət edən insanlar var. Onlar "Mona Liza"nı sevirlər və onu 100 dəfə ziyarət edirlər. Və hər dəfəsində tablo daha da yaxşı görünür, - siyasətçi deyib.

O, həmçinin pərəstişkarlarını "20-ci Broadway tamaşası"na gedən teatrsevərlərə və mahnıları təkrar-təkrar dinləyən rok qrupunun dinləyicilərinə bənzədib.

Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti sadiq pərəstişkarları haqqında sənədli film çəkmək üçün uelsli jurnalist Maksin Hyuzla görüşməyə razılaşıb. Onunla müsahibənin görüntüləri iyunun 11-də yayımlanmalıdır.

BAKU.WS