SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağrı və acı hiss etməyən qadın kimi tanınan Co Kameronla bağlı son test nəticələri açıqlanıb.

BAKU.WS xəbər verir ki, testlərə görə, qadının ağrı hiss etməməsinin səbəbi onun orqanizmində hüceyrə əsasında baş verən mutasiyadır.

Co Kameron bir yeri yansa, yalnız yanmış dəri iyini alanda anlayır ki, bədəni yanır. O, tez-tez sobadan istifadə edərkən qollarını yandırır, lakin onu xəbərdar edən heç bir ağrı hiss etmir.

Co ağrı və acı hiss etmir, qorxu və narahatlıq kimi duyğulara da yaddır. Şotlandiyada yaşayan Co, dünyada yalnız bir insanda görülən bir növ genetik mutasiyaya malikdir. Bəziləri üçün bu tibbi möcüzədir.

Qadın 65 yaşında əlindən ağır əməliyyat olunana və zərrə qədər ağrı hiss etmədiyini görənə qədər digər insanlardan fərqləndiyini bilmirdi. Həkimlər Coya əməliyyatdan sonra ciddi ağrıları ola biləcəyini desələr də, o, ağrıkəsicidən belə istifadə etməyib.

Testlər nəticəsində Conun digər insanlar kimi ağrı hiss etməməsinə səbəb olan genetik mutasiyaya malik olduğu anlaşılıb. İngiltərədə mütəxəssislərə müraciət edən Co, genetik mutasiya diaqnozu qoyulduqda onun sadəcə "inanılmaz dərəcədə sağlam" bir insan olmadığını başa düşüb.

Bundan başqa, qadın xəstə olduqda normal insanlardan daha qısa zamanda sağalır.

Codan əlavə dünyada yalnız 1 adam bu simptomlarla yaşayır.

BAKU.WS