SİZİN REKLAM BURADA!
055 213 76 73


Onlayn alış-veriş nəhəngi “Amazon”, kameralı qapı zəngi istehsal edən “Ring” şirkəti ilə səs köməkçisi “Alexa”nın yol verdiyi məxfiliyin pozulmasına görə ümumilikdə 30,8 milyon dollar ödəməyə razılaşıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Amazon Federal Ticarət Komissiyasının (FTC) məşhur səs köməkçisi “Alexa”nın uşaqların səslərini və yer məlumatlarını yazması ilə bağlı ittihamlarını aradan qaldırmaq üçün 25 milyon dollar cərimə ödəyəcək.

Bundan əlavə, şirkət kamera qapı zəngləri istehsal edən “Ring”ə qarşı məxfiliyin pozulması ittihamı üçün 5,8 milyon dollar ödəyəcək.

Məlumata görə, Amazon şirkəti 2018-ci ildə Kaliforniyada yerləşən “Ring”i satın alıb. İddia edilən pozuntuların çoxu alışdan əvvəl baş verib.

Amazon şirkəti tərkibində olan hər iki şirkət barədə qaldırılan iddialarla razı olmadığını, gizlilik qaydalarının pozulmadığını bildirib.

BAKU.WS