SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Hürriyet" qəzetinin Ankara nümayəndəsi Hande Fırat məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü andiçmə mərasimdə iştirak edəcək.

Məlumata görə, Putin Türkiyəyə xüsusi səfər edəcək.

Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin ziyarəti planlaşdırılıb.

Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.

BAKU.WS