SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan istintaqlarda həbs olunanların sayı 325-ə yüksəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Bekir Bozdağ bildirib.

Nazirin sözlərinə görə, indiyədək 1552 şübhəli barəsində tədbir görülüb.

Bundan başqa, 355 şübhəli barəsində saxlanılma, 98 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Bozdağ xaricə qaçan və ekstradisiyaları tələb edilən 4 nəfərin olduğunu, istintaq altında olan 74 şübhəlinin isə dünyasını dəyişdiyini bildirib.

BAKU.WS