Kristin Laqard avtomobil qəzasına düşüb

29
mar
2023
10:33
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard avtomobil qəzasına düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib.
Laqardın sözçüsü bildirib ki, qəza Brüsseldə tədbirdən qayıdarkən olub:
"O, maşın sürmürdü. Heç kim ciddi xəsarət almayıb. Prezident çox yüngül xəsarət alıb və tibbi müayinədən sonra bütün vəzifələrini yerinə yetirərkən boyunluq taxır", - Laqardın sözçüsü bildirib.
Oxşar xəbərlər
Paşinyan ABŞ dövlət katibi ilə Brüsseldə gözlənilən görüşü müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər. BAKU.WS "Report"a istinadən...
