SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Hatay şəhərindəki çadır şəhərciyində yanğın baş verib. 

BAKU.WS xəbər verir ki, gecə saat 02:00 radələrində yaşanan bədbəxt hadisə nəticəsində bir ailənin üç övladı ağır xəsarət alıb.

Onlar 18 yaşlı Ertuğ Veli Eker, 17 yaşlı Yeşim Eker və 4 yaşlı Elif Mislina Eker olublar. Təcili olaraq xəstəxanaya aparılan uşaqlardan ikisi ağır dərəcəli yanıq xəsarətləri ilə həyatda qala biliblər.

Həkimlərin müdaxilələrinə baxmayaraq, 4 yaşlı Elif Mislina Eker vəfat edib. 

BAKU.WS