Ukraynanın müdafiə naziri istefa verə bilər

05
fev
2023
19:54
Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Ukrainska Pravda" nəşri yayıb.
Məlumata görə, Reznikovun yerini Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov tuta bilər.
Eyni zamanda, Reznikovun Prezident Volodimir Zelenskinin komandasında qalacağı bildirilir.
Nəşrin məlumatına görə, Reznikov ədliyyə naziri ola bilər.
Oxşar xəbərlər
Aleksey Arestoviç vəzifəsindən azad edildi - YENİLƏNİB - FOTO
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin istefa ərizəsi qəbul edilib. BAKU.WS Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Preziden...
