Zelenskinin həyat yoldaşı: "Nə ağlayıram, nə də qorxuram!" - FOTO
Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenski ölkəsini tərk etməyəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edən Olena müharibəyə görə nə qorxduğunu, nə də ağladığını bildirib. "First Lady" Ukrayna xalqına səslənərək onların yanında olduğunu vurğulayıb:
“Əziz xalqım, ukraynalılar! Bu gün hamınızı izləyirəm! Televiziyada, küçələrdə, sosial şəbəkələrdə... Yayımladığınız paylaşımlara baxıram. Bilirsiniz? Siz hər biriniz möhtəşəmsiniz! Sizinlə eyni ölkədə yaşadığım üçün qürur duyuram!
Biz nəhəng orduyuq. Və bu gün nə ağlayıram, nə də qorxuram! Sakit və hüzur doluyum. Uşaqlarım mənə baxır. Onların, həyat yoldaşımın və sizin yanınızdayam. Sizi sevirəm! Ukraynanı sevirəm!”
Qeyd edək ki, Olena həyat yoldaşı Volodimir Zelenskinin ən böyük dəstəkçisidir. O, 2019-cu ilin mayında ərinin prezident seçilməsindən sonra Ukraynanın "First Lady"si olub.
Olena həyat yoldaşı ilə eyni universitetdə oxuyub. Zelenski hüquq, xanımı Olena isə memarlıq ixtisası üzrə təhsil alıblar. Onlar 2003-cü sentyabrında ailə həyatı qurublar. Olena ilə Zelenskinin Aleksandra adlı qızı, Kirilo adlı bir oğlu var. Aleksandra 18, Kirilo isə 9 yaşındadır.
Qalereya
Oxşar xəbərlər
Zelenskidən Rusiyanın itkiləri ilə bağlı ŞOK RƏQƏMLƏR
Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb. BAKU.WS “Report”a istina...