Rusiya-Ukrayna müharibəsinin siması: "Üzümdəki nar suyu deyil, qandır" - VİDEO
Hər kəs Olena Kurilonu Ukraynanın Çuquev qəsəbəsindəki raket partlayışından sonra tanıdı. Başında sarğılar, əli-üzü qan içində olan ukraynalı müəllimin şəkli dünya mətbuatında gündəm oldu. Olena xarici mediada Rusiya-Ukrayna müharibəsinin siması kimi tanınmağa başladı.
BAKU.WS xəbər verir ki, hazırda Rusiyanın bir sıra xəbər agentlikləri sözügedən qadına qarşı qara piar kampaniyasına start verib.
Onlar iddia edirlər ki, Kurilo müəllim deyil, aktrisadır, onun gündəm olan fotosu 2014-cü ildə çəkilib, üzündəki yaralar isə qan deyil, nar suyudur.
Olena bu haqda açıqlama yayaraq Rusiya mətbuatında haqqında yazılan xəbərlərin yalan olduğunu deyib:
"Mən real insanam. Saxta deyiləm. Raket hücumu qurbanıyam. Bir çoxunuz burada baş verənlərə inanmırsınız. Bunların həqiqi olduğunu anlamaq üçün mənə baxın. Bunlar həqiqətdir. Ölkəmi çox sevirəm. Müharibə istəmirəm. Dünyada və ölkəmizdə günahsız insanların və uşaqların ölməyini istəmirəm".
Kurilonun 27 yaşlı qızı Yekaterina da rus mətbuatına xəbərdarlıq edib. O, əlində anasının raket zərbələrindən yaralandığını sübut edən görüntülərin olduğunu bildirib.
Qeyd edək ki, Olena Kurilo rus əsgərlərinin Ukraynanın Çuquev kəndinə atdığı raket nəticəsində yaralanıb. Onun evi zərbənin təsirindən dağılaraq istifadəyə yararsız hala düşüb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...