Film çəkilişində rejissoru öldürən məşhur aktyor həbs olunacaq - FOTO

Ötən il “Pas” (Rust) filminin çəkilişi zamanı açdığı atəş nəticəsində rejissor Qalina Xatçinsinin ölümünə səbəb olan aktyor Alek Bolduindən xəbər var.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda aktyor rəsmi şəkildə "adam öldürməyə cəhd" maddəsi ilə ittiham olunur. Onun 18 ay müddətinə həbsi və 5 min dollar pul ödəməsi tələb edilib.

Məlumat üçün bildirək ki, bədbəxt hadisə ötən il oktyabrın 22-də baş vermişdi. Bu barədə müsahibələrindən biirndə danışan Alek, bunun trilyonda bir rast gəlinən bədbəxt hadisə olduğunu qeyd etmişdi. Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini də bildirmişdi.

Oxşar xəbərlər
İranlı rejissor həbs edildi
İranlı rejissor Cəfər Pənahi iyulun 11-də həbs edilib. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, kinematoqrafçı daha iki rejissorun həbsi ilə bağlı etiraz aks...
