Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil olub - Döyüşlər gedir

Rus qoşunları Ukraynanın Uqledar şəhərinə daxil olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bir sıra hərbi teleqram kanallarında məlumatlar yayılıb.
Həmçinin "Donetsk Xalq Respublikası (DXR)" rəhbərinin müşaviri İqor Kimakovski bildirib ki, rus qoşunları Uqledar bölgəsinə daxil olub və şəhər ətrafında döyüşlər gedir.
Onun sözlərinə görə, əks-hücuma keçməyə çalışan Ukrayna qüvvələrinə qarşı Rusiya artilleriyasından istifadə edilir.
Bundan başqa, Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi TASS-a bildirib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.
Oxşar xəbərlər
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Q...
