Ukrayna Silahlı Qüvvələri Xersonda 70 rus hərbçi və bir sursat anbarını məhv edib

Xerson vilayətinin Velyka Aleksandrovka ərazisində Ukrayna hərbçiləri Rusiyaya məxsus sursat anbarını məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, 70 rus hərbçi öldürüb və ölənlərin sayı dəqiqləşdirilir.
Həmçinin, Rusiya Silahlı Qüvvələri Novodmitrovka və Belousovo yaşayış məntəqələri ərazisində şəxsi heyətdə itkilər verib.
Donetsk və Taurida istiqamətlərində ruslar nəzarət məntəqələrini təmas xəttinə yaxınlaşdırırlar.
Ruslar təmas xətti boyunca minaatanlardan, top artilleriyasından, reaktiv yaylım atəşi sistemlərindən Ukrayna hərbiçilərinin mövqelərinə atəş zərbələri endirir.
Oxşar xəbərlər
Ukrayna ordusu Xersonda 8 yaşayış məntəqəsini azad etdi
Ukrayna hərbçiləri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat kom...
