27 yaşlı model qəfil vəfat etdi - FOTO

ABŞ-lı model Ceremi Ryulmen 27 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Cereminin hansı səbəbdən dünyasını dəyişdiyi isə açıqlanmayıb.
Cereminin vəfatı ilə bağlı bir çox məşhur paylaşım edib. Onlar arasında dizayner Kristina Siriano, aktrisa Liza Rinnanın qızı Dalila Bil Hemlen və başqaları olublar.
Məlumat üçün bildirək ki, Ceremi Ryulmen 2013-2017-ci illərdə psixologiya üzrə təhsil alıb. Daha sonra modelliklə məşğul olmağa başlayıb. Məşhur markalar üçün obyektiv qarşısına keçən Cereminin çoxsaylı jurnallarda fotoları yer alıb.
Qalereya
Oxşar xəbərlər
Elvis Preslinin yeganə övladı vəfat etdi - FOTO
Dünyaca məşhur müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib. BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə amerikalı sənətçinin...