SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İsveçdəki səfirliyinin qarşısında "Qurani-Kərim" yandırılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, aksiya İsveçin ifrat-sağçı siyasi təşkilatları tərəfindən təşkil edilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin Stokholmdakı Türkiyənin səfirliyi qarşısında Quranı yandırmaq üçün icazə verdiyi aksiyanı "alçaq və irqçi" adlandırıb.

"Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək", - Çavuşoğlu bildirib.

Türkiyə XİN İsveç hakimiyyətini islam əleyhinə təxribatda iştirak edən bütün şəxsləri məsuliyyətə cəlb etməyə, beynəlxalq ictimaiyyət və təşkilatları isə islamofobiya ilə mübarizədə həmrəy olmağa çağırıb.

Qeyd edək ki, danimarkalı ekstremist Rasmus Paludan "Qurani-Kərim"i Türkiyənin Stokholmdakı səfirliyi qarşısında yandırıb. Bu zaman İsveç polisi müdaxilə etməyib.

Onu da bildirək ki, Stokholm Polis İdarəsinin açıqlamasında Paludana Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında nümayiş keçirməyə icazə verildiyi qeyd olunub.

BAKU.WS
VİDEO

QALEREYA