Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz"

"2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib.
“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, - Ərdoğan bildirib.
Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var:
"Bu hüquqdan istifadə etməyimizə heç kim mane ola bilməz".
Oxşar xəbərlər
İlham Əliyevin sifariş etdiyi “Togg” avtomobilinin XÜSUSİYYƏTLƏRİ
Bir neçə gün bundan öncə təqdimatı edilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də Azərbaycan Prezidenti İlham Əliy...
