17 Kiloqram çəkisi olan fenomen qadın: "Hər kiloqram qələbədir"
15 ildən çox anoreksiya ilə mübarizə aparan fenomen Kristina Koryagina yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o son müsahibəsi zamanı "Uzun müddətdir ki, tərəzi istifadə etmirəm. Bu, mənim üçün böyük bir qələbədir"- deyə, bildirib.
33 yaşlı Kristina qeyd edir ki, uzun illər ərzində müalicə və dəstək olmadan həyatını davam etdirmək çətin olub.
O, hər kəsə tövsiyə edir ki, yeməyi unutmamalı, yaşamağı dayandırmamalıdır, əks halda bərpa prosesi çox çətinləşir.
Kristina illər əvvəl digər uşaqlardan fərqli olmayıb. Lakin ibtidai məktəbin sonuna yaxın artıq öz bədəninə diqqət etməyə başladı. Onun anası Marina Koryagina bildirib ki, 9 yaşında Kristina əməliyyat üçün xəstəxanaya düşdü və əməliyyatdan sonra yeməkdən imtina etməyə başladı.
Kristina uşaqlıq illərini belə xatırlayır:
"Uşaq vaxtı nənəmin piroqlarını çox sevirdim. Kök idim, buna görə insanlar, hətta atam belə, məni kök adlandırırdı".
Kristinanın yemək yeməməsi ciddi problem olub. Səhərlər yalnız meyvə şirəsi içir, günortadan sonra şəkərli içkilər qəbul edir, gecə isə yalnız az miqdarda meyvə yeyə bilir. Yemək onu həm psixoloji, həm də fiziki olaraq yorur.
Həkimlər Kristinanın sabit həyata qayıda bilməsi üçün ən azı 45 kiloqram çəki qazanmasını məsləhət görürlər, lakin hələ bu səviyyəyə çatmayıb.
Kristina anoreksiya ilə mübarizəyə baxmayaraq, təhsilini davam etdirib. Onun iki diplomu var. Boş vaxtlarını kitab oxumaq, rəsm çəkməklə keçirir. Stressdən uzaq qalmağa çalışır.
2023-cü ildə media Kristinanın xəstəliyini aradan qaldırdığı barədə mətbuatda məlumat yayılıb.
Lain o "Vəziyyətim yaxşılaşmayıb, uzun müddət müalicə almalıyam. Bədənim hələ də yeməyi qəbul etmir və bu, çox çətindir"- deyə qeyd edib.
Kristina üçün hər kiloqram bir qələbədir və o, kiçik irəliləyişləri belə böyük bir nailiyyət hesab edir.
"Bədənim yorulub. Müalicə alıram. Əgər beş ildir xəstəsinizsə, həmişə ümid var! Amma 20 ildir xəstəsinizsə, demək olar ki, yox… Bədənim yorulacaq və hər şeyi rədd etməyə başlayacaq. Saçlarınızı, dişlərinizi itirəcəksiniz və gəzə bilməyəcəksiniz. Unutmamalısınız ki, yalnız bir həyatınız var və onu yaşamalısınız! Sevdiklərinizi düşünün. Mənim insanlara arzuladığım budur. Və hər şeyin belə getməsinə çox təəssüf edirəm".
Çəkisi barədə soruşulduqda, o, cavab verməkdən yayınır, amma sayca az olsa da, şəxsi uğurunu böyük bir qələbə kimi bölüşür.
"Çəkimdən belə danışmayacağam, uzun müddətdir ki, tərəzim yoxdur. Və bu, ən böyük irəliləyişdir, çünki belə insanlar gündə beş dəfə özlərini çəkə bilirlər"-deyə, o qeyd edib.
Oxşar xəbərlər
Kim Çen In "Dünyanın ən güclü silahı" adlandırdığı yeni raket sistemini təqdim etdi
Şimali Koreya lideri Kim Jong-un "dünyanın ən güclü silahı" adlandırdığı yeni raket sistemini ictimaiyyətə təqdim edib. BAKU.WS xəbər verir ki, Koreya mediasını...