SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum nəticəsində onlarla insan yaralanıb.

"İran hakimiyyətinin məlumatına görə, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb", - agentlik yazıb.

Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.

***19:55

İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumatda silhalı şəxslərin üç nəfər olduğu da bildirilib.

BAKU.WS
QALEREYA