SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Ukrayna şəhərlərinə təşkil etdiyi kütləvi raket hücumları nəticəsində ölən mülki şəxslərin sayı 11-ə çatıb.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunji məlumat verib.

“Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu nəticəsində 11 nəfər ölüb, 64 nəfər yaralanıb. Hava hücumları nəticəsində 29 strateji obyekt, dörd çoxmərtəbəli binaya, 35 fərdi yaşayış evinə zərər dəyib”, - deyə o vurğulayıb.

O həmçinin əlavə edib ki, Lvov, Ternopil, Sumı, Poltava vilayətləri hələ də işıqsız qalıb. Digər ərazilərdə də elektrik enerjisində fasilələr var.

***12:59

Kiyevə edilən raket hücumu zamanı 30 nəfər xəsarət alıb. 

BAKU.WS unian-a istinadən xəbər verir ki, raket zərbələrinin davam edəcəyi proqnozlaşdırılır. 

Rusiya ordusu Ukraynaya bu gün səhər saatlarından etibarən 75 raket zərbəsi endirib.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy açıqlayıb.

Onun sözlərinə görə, 75 raketdən 41-i zərərsizləşdirilib.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub.

***11:34

Bu gün səhər saatlarından Rusiyanın Ukrayna şəhərlərini atəşə tutmasından sonra Kiyevdə bütün metro xətlərində qatarların hərəkəti dayandırılıb.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, paytaxtın yeraltı metro stansiyaları sığınacaq kimi fəaliyyət göstərir.

***11:17

Kiyevin mərkəzinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.

Anton Geraşenko tviter hesabında raketlərdən birinin şəhərin Vladimirskaya küçəsinə düşdüyünü yazıb. Həmin küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının və Vladimir Zelenskinin ofisinin yerləşdiyi bildirilir.

Ukrayna mətbuatında yer alan məlumata görə, Ukraynanın Lvov və Jitomir şəhərlərində elektrik enerjisi kəsilib.

***10:05

Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevi ağır raket atəşinə məruz qoyub.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiqləyib.

Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.

Lakin Kliçko hələlik dağıntılar və xəsarət alanlar barədə məlumata malik olmadığını bildirib.

BAKU.WS
VİDEO

QALEREYA