SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın son raket buraxılışlarını pisləyib və Pxenyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Bu, baş katibin qınadığı açıq eskalasiyadır", - Düjarrik deyib.

Bu arada ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrın 5-də Şimali Koreya ilə bağlı xüsusi iclasının keçirilməsini xahiş edib.

Qeyd edək ki, bu ilin əvvəlindən Şimali Koreya 23 dəfə raket sınağı həyata keçirib.

BAKU.WS